18. İmam Əli (ə) haqqında hədislər » www.IslamaDogru.biz - Bizim Doğru Yolumuz | Müstəqil İslami İnformasiya Saytı...
Kateqoriyalar
Bütün Mövzular (0 / 2918)


Hamısını Göstər | Hamısını Gizlət
Məqsədimiz
Allaha Xatir təmənnasız fəaliyyət göstərmək və İslam Maarifində nəticələr əldə etmək. Qeyd: Saytımız sözün əsl mənasında AzNETin Ən ciddi, Ən əxlaqlı və Tam nəzarətlə işlənən saytıdır.
İslami Filmlər
Sizə Sualımız Var
Hansı dildə mövzular çoxluq təşkil etsin... [?]
Türkçə
İngiliscə
Rusca
Azərbaycanca

 
Ən Çox Oxunanlar
 
Login (İstifadəçi Adı): Şifrə (İstifadəçi Adının Şifrəsi): [ Şifrənizi Unutmusunuz? ]
     
Salavat Qutusu
Sayta Abunə ol

E-mail ünvanını daxil et:

Digər Kateqoriyalar
Təqvimli Arxiv
«    Noyabr 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Sayğaclar
18. İmam Əli (ə) haqqında hədislər
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

115.İmam Əlini (ə) sevmək və sevməmək.
412.Allahın Peyğəmbəri(s):«Atəş odunu yediyi kimi Əlini sevmək də günahları yeyir.» (Kənzul-Ummal, hədis 33021)
413.Allahın Peyğəmbəri(s):«Möminin əməl dəftərinin başlıq və sərlövhəsi Əli ibn əbu Talibin məhəbbətidir.» (Kənzul-Ummal, hədis 32900)
414.Allahın Peyğəmbəri(s):«Allah Əli eşqini bir möminin qəlbində möhkəmləndirsə və həmin halda onun ayağı büdrəsə (ondan bir xəta baş versə də) Qiyamət günü sirat üzərində onun qədəmini möhkəm saxlayar.» (Kənzul-Ummal, hədis 33022)
415.Allahın Peyğəmbəri(s):«Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.» (Kənzul-Ummal, hədis 32878)

116.Əli yaxşı əməl sahiblərinin imam və rəhbəridir.
416.Allahın Peyğəmbəri(s):«Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.» (Kənzul-Ummal, hədis 32909)
417.Allahın Peyğəmbəri(s):«Mənə Əli barəsində vəhy olub ki, o müsəlmanların ağası, pəhrizkarların imamı və üzü ağların rəhbəridir.» (Tarixi-Dəməşq, İmam Əlinin (ə)tərcümeyi-halı, c.2, səh.258, hədis 775)
418.Allahın Peyğəmbəri(s):«Həqiqətən Allah-taala mənə Əli ibn əbu Talib barəsində Bəzi tapşırıqlar verdi, mən dedim:«Pərvərdigara, onu mənə aydınlaşdır.» Buyurdu:«Eşit! Həqiqətən Əli hidayət bayrağı, Mənim dostlarımın rəhbəridir və Mənə itaət edənlərin işıq saçanıdır. O Mənim pəhrizkarlara yoldaş etdiyim kəlmədir. Onu sevən Məni sevib və ona itaət edən Mənə itaət edib.» (Nurus-Səqəleyn, c.5, səh.73, hədis 74)

117.Əli mənim canişinimdir.
419.Allahın Peyğəmbəri(s):«Ey Bəni-Haşim! Həqiqətən mənim ailəm arasında qardaşım, vəsim, vəzirim və canişinim Əli ibn əbu Talibdir. O mənim borcumu ödəyir və və’dimi yerinə yetirir.» (Əmali-Tusi, səh.602, hədis 1244)
420.Allahın Peyğəmbəri(s) Əliyə işarə edərək buyurmuşdur:«Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.» (Kənzul-Ummal, hədis 36419)

118.Mən kimn mövlasıyamsa, Əli də onun mövlasıdır.
421.Allahın Peyğəmbəri(s):«Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.366, hədis 461)
422.Allahın Peyğəmbəri(s):«Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.» (Kənzul-Ummal, hədis 32938)
423.Əbdurrəhman ibn əbi Leyla:«Ruhbədə (Kufədə) Əlini camaata belə and verdirən gördüm ki: Sizi and verirəm Allaha, əgər sizdən kimsə Qədir-Xum günü Allahın Peyğəmbərinin(s) «mən kimin mövlasıyamsa Əli onun mövlasıdır» kəlamını eşidibsə durub şəhadət versin. Əbdurrəhman deyir: «Bədr iştirakçılarından olan on iki nəfər – sanki onlar bir-bir indi də gözüm önündədirlər – durub dedilər:«Biz şəhadət veririk ki, Qədir günü Allahın Peyğəmbərinin(s) belə buyurduğunu eşitmişik ki:«Mən möminlərdən daha layiqli deyiləm?….» Biz dedik: Əlbəttə, ey Allahın Peyğəmbəri.» Peyğəmbər buyurdu:«Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Pərvərdigara! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.11, hədis 506)

119.Əli haqq və Qur’anladir.
424.Allahın Peyğəmbəri(s):«Əli haqq ilədir və haqq Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.2,səh.297)
425.Allahın Peyğəmbəri(s):«Əli hara üz çevirsə haqq onunladır.» (əl-Kafi, c.1, səh.294, hədis 1)
426.Allahın Peyğəmbəri(s):«Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125)
427.Allahın Peyğəmbəri(s):«Əli haqq və Quran ilədir. Haqq və Quran Əli ilə və hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125 (Hər ikisi haşiyədədir))

120.Əli Peyğəmbərin elminin qapısıdır.
428.Allahın Peyğəmbəri(s):«Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.» (Kənzul-Ummal, hədis 32979)
429.Allahın Peyğəmbəri(s):«Mən hikmət evi, Əli onun qapısıdır.» (Kənzul-Ummal, hədis 32889)
430.Allahın Peyğəmbəri(s):«Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.» (Əmali-Səduq, səh.440, hədis 20)

121.Mən və Əli bir ağacdanıq.
431.Allahın Peyğəmbəri(s):«Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.» (Kənzul-Ummal, hədis 32943)
432.Allahın Peyğəmbəri(s) Əliyə (ə) buyurub:«Sən həm dünyada və həm də axirətdə mənim qardaşımsan.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.105, hədis 145)
433.Allahın Peyğəmbəri(s):«Əli məndəndir və mən ondan.» (Sünən İbn Macə, hədis 119)
434.Allahın Peyğəmbəri(s):«Əli mənim üçün bədənimdəki başım kimidir.» (Kənzul-Ummal, hədis 32914)
435.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlinin əti mənim ətimdən və qanı mənim qanımdandır.» (Kənzul-Ummal, hədis 32936)

436.Cabir:«Allahın Peyğəmbəri (s) ərəfədə idi və Əli onun qarşısında durmuşdu. Peyğəmbər buyurdu:«Ey Əli! Yaxın gəl və əlinini mənim əlimə qoy. Ey Əli! Səninlə mən bir ağacdan yaradılmışıq. Mən həmin ağacın kökü, sən onun gövdəsi, Həsənlə Hüseyn onun budaqlarıdır. Kim onun budaqlarından asılsa Allah onu Cənnətə daxil edər.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.129, hədis 179)

122.Müxtəlif hədislər.
437.Allahın Peyğəmbəri (s) Əliyə (ə):«Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.» (Kənzul-Ummal, hədis 32881)
438.Allahın Peyğəmbəri(s) yanında hakimlik və ya xilafətdən söhbət düşən zaman buyurmuşdur:«Əgər onu Əliyə həvalə etsəniz görərsiniz ki, Əli yol göstərən və yolu tapmış bir şəxsdir və sizi doğru yol ilə aparır.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.69, hədis 1110)
439.Allahın Peyğəmbəri(s):«Kim Adəmin elmini, Nuhun sayıqlığını, İbrahimin səbrini, Yəhya ibn Zəkəriyyanın pəhrizkarlığını və Musa ibn İmranın qəzəbini görmək istəyirsə Əli ibn əbu Talibə baxsın.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.280, hədis 804)
440.Allahın Peyğəmbəri(s):«Əli möminlərin ağasıdır.» (əl-Kafi, c.1, səh.294, hədis 1)
441.Allahın Peyğəmbəri(s):«Əli dinin sütunudur.» (əl-Kafi, c.1, səh.294, hədis 1)
442.Allahın Peyğəmbəri(s):«Həqiqətən Əlini incidən məni incidib.» (Biharul-Ənvar, c.5, səh.69, hədis 1)

443.Allahın Peyğəmbəri(s):«Əli möminlərin başçısıdır, mal və sərvət isə münafiqlərin.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.260, hədis 778)
444.Allahın Peyğəmbəri(s):«Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.» (Biharul-Ənvar, c.36, səh.5, hədis 1)
445.Allahın Peyğəmbəri(s):«Əli ibn əbu Talib mənim sirdaşımdır.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.311, hədis 815)
446.Allahın Peyğəmbəri(s):«Qiyamət günü nicat tapanlar Əli və onun şiələridirlər.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.348, hədis 851)
447.Allahın Peyğəmbəri(s):«Əlini yada salmaq ibadətdir.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2,səh.408, hədis 907)
448.Allahın Peyğəmbəri(s):« Əli insanların ən yaxşısıdır» deməyən kəs kafir olub.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.2, səh.444, hədis 954)

123.Həqiqətən mən….
449.İmam Əli (ə):«Həqiqətən mən sizi sizdən qabaq özüm yerinə yetirdiyim itaətdən başqa bir şeyə vadar etmir və sizdən qabaq özüm çəkindiyim günahdan başqa bir günahdan çəkindirmirəm.» (Ğurərul-Hikəm, hədis 3781)
450.İmam Əli (ə):«Ay camaat! Həqiqətən mən sizin aranızda fironun adamları arasında olan Harun, həmçinin Bəni İsrailin arasında olan Hittə qapısı və Nuhun qövmü arasında Nuhun gəmisi kimiyəm. Mənəm ən böyük «xəbər» və ən böyük doğruçu. Tezliklə vəd olunduğunuz şeyi görəcəksiniz.» (Tənbihul-Xəvatir, c.2, səh.41)
451.İmam Əli (ə):«Həqiqətən mən heç vaxt müharibə və cihad meydanından qaçmamışam və mənimlə döyüşə kim gəlibsə yeri onun qanı ilə doydurmuşam.» (Nurus-Səqəleyn, c.2, səh.139, hədis 37)

124.Mənəm…….
452.İmam Əli (ə):«Mənəm dünyanı xar və heç sayan!» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.202, hədis 1253)
453.İmam Əli (ə):«Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam.Mənəm İslamda öncül, bütləri sındıran, kafirlərlə vuruşan və din düşmənlərini məhv edən!» (Ğurərul-Hikəm, hədis 3761)
454.İmam Əli (ə):«Mən hidayət bayrağı, pəhrizkarlıq mağarası, səxavət məkanı, bəxşiş və comərdlik dəryası və ağıl dağıyam.» (Nəhcus-Səadə, c.2, səh.79)
455.İmam Əli (ə):«Mən Allah tərəfindən Cənnətlə Cəhənnəmi bölüşdürənəm. Mənim bölüşdürdüyüm miqdardan başqa heç kəs ona daxil olmaz. Mənəm «böyük ayıran» (haqq ilə batili bir-birindən ayıran), mənəm özümdən sonrakı insanların imam və rəhbəri və məndən qabaq olmuş kəs tərəfindən onu əda edən.» (əl-Kafi, c.1, səh.198, hədis 3)
456.İmam Əli (ə):«Mən Allahın elmiyəm. Mən Allahın xəbərdar qəlbi, Onun natiq dili, gözü və tərəfiyəm. Mən Allahın əliyəm.» (ət-Tovhid, səh.164, hədis 1)
457.İmam Əli (ə):«Mən yol göstərənəm; mən yolu tapmışam; mən yetim və yoxsulların atasıyam; mən dul qadınların başçısıyam; mən bütün zəiflərin arxa və pənahıyam, mən qorxu və vahimə içində olan hər bir kəsin pənahgahıyam; mən möminlərin Cənnətə aparan bələdçiləriyəm; mən Allahın ən möhkəm ipi və təqva kəlməsiyəm; mən Allahın gözü , doğruçu dili və əliyəm.» (ət-Tovhid, səh.164, hədis 3)
458.İmam Əli (ə):«Mən Qiyamət günü Allah qarşısında şikayət üçün dizlərini yerə vuran ilk kəsəm.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.178, hədis 1215)
459.İmam Əli (ə):«Mən İslamı qəbul edən ilk şəxsəm.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.47, hədis 85)
460.İmam Əli (ə):«Mən Peyğəmbərlə (s) namaz qılan ilk şəxsəm.» (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.1, səh.47, hədis 84)

125.İmam Əlinin elmi.
461.İmam Əli (ə) xalq xəlifə kimi onunla bey‘ət etdikdən sonra oxuduğu xütbədə buyurmuşdur:«Camaat! Nə qədər ki, məni itirməmisiniz, soruşun, məndən sual soruşun! Çünki birincilərin və sonuncuların elmi məndədir. And olsun Allaha, əgər məhkəmə kürsüsündə otursam Tövratın davamçıları arasında onların Tövratları əsasında hökm çıxararam və ... sonra buyurdu:«Məni itirməmişdən qabaq məndən soruşun. Toxumu yaran və insanı yaradan Allaha and olsun ki, əgər Quran ayəsindən soruşsanız sizə onun nə vaxt kimin barəsində nazil olmasını deyərəm.» (əl-İrşad, c.1, səh.35)
462.İmam Əli (ə):«Sinəmdə elə gizli elm var ki, əgər onu aşkar etsəm dərin quyuya sallanmış vedrənin ipləri kimi titrəyərsiniz.» (Nəhcus-Səadə, c.1, səh.42)

126.İmam Əlinin məzlumiyyəti (zülmə məruz qalması).
463.İmam Əli (ə):«Mən Allahın Peyğəmbəri(s) vəfat edən zamandan həmişə zülmə məruz qalmışam.» (Nəhcus-Səadə, c.2, səh.448)
464.İmam Əli (ə):«Mənim gördüklərimi (qarşılaşdığım çətinlikləri) heç kəs görməyib.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.4, səh.103)
465.İmam Əli (ə):«Mən elə bilirdim ki, vali camaata zülm edir, amma indi camaat valiyə zülm edir.» (Kənzul-Ummal, hədis 36541)
466.İmam Əliyə (ə) «sən bu işə (xilafətə) hərissən» deyildikdə o Həzrət buyurmuşdur:«And olsun Allaha siz daha hərissiniz. Siz ondan daha uzaqsınız (ona layiq deyilsiniz) və mən daha haqlı və daha yaxınam (mən ona daha layiqəm və ya Peyğəmbərə qohumluq baxımından daha yaxınam). Həqiqətən mən öz haqqımı tələb etdim və siz mənim ona çatmağıma mane olursunuz...İlahi! Mən Qüreyşə və onlara yardım edənlərə qarşı Səndən kömək istəyirəm. Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim yüksək məqamımı aşağı hesab etdilər və mənə məxsus olan şeyə görə mənimlə vuruşmaq üçün əlbir oldular.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.305)
467.İmam Əli (ə):«Allahın Peyğəmbəri(s) buyurub:«Əgər sən olmasaydın məndən sonra möminlər tanınmazdılar.» (Kənzul-Ummal, hədis 36477)
468.İmam Əli (ə):«And olsun Allaha gecəni səhərə kimi dəvətikanının üstündə oyaq qalmaq və zəncirlərlə çiyinlərimdən bağlanaraq çəkilmək mənə Qiyamət günü Allaha və Onun Peyğəmbərinə zalım kimi qovuşmaqdan daha xoşdur.......
And olsun Allaha, əgər yeddi iqlimi göylərin altında olan şeylərlə birlikdə mənə versələr ki, qarışqanın ağzından arpanın qabığını almaqla Allaha qarşı itaətsizlik edim, etmərəm!» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.11, səh.245)
469.İmam Əli (ə):«Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm ki, onun ətrafına gələn onun nurundan faydalanar.» (Ğurərul-Hikəm, hədis 3883)
470.İmam Əli (ə):«Allah-taalanın məndən böyük nişanəsi yoxdur; Allahın məndən «böyük xəbər»i yoxdur.» (Nurus-Səqəleyn, c.5 səh.491, hədis 5)
471.İmam Əli (ə):«Haqq mənə göstərilən zamandan bəri heç vaxt onun barəsində şəkk etməmişəm.» (Ğurərul-Hikəm, hədis 9482)
  Kitabın adı:     Mizanul–hikmət (kitabın bütün mövzuları)

17. İmamət haqqında hədislər

19. İmamların anası – Fatimə (s) haqqında hədislər


Paylaşmaq Gözəldir...

Baxış Sayı: 2204 Şərh Sayı: 0 Göndərən: Zeynəbi-Kübra
Ctrl+Enter Mətndə qrammatik səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini tıklayın (Səvab qazanmağa çalışın)


İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.